ATƏT PA-nın Bürosu Azərbaycan üçün vacib qətnamə qəbul etdi - FOTO
08.04.2019

ATƏT PA-nın Bürosu Azərbaycan üçün vacib qətnamə qəbul etdi - FOTO

"Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi”. Vision TV Modern.az-a istinadən   xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev az əvvəl tvitter hesabında yazıb.

Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edən Azay Quliyev Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edib.