Polşanın ATƏT-dəki təmsilçisi "mədəni irs" deyəndə yəqin hayların basdırdığı minaları nəzərdə tutur
Polşanın ATƏT-dəki təmsilçisi "mədəni irs" deyəndə yəqin hayların basdırdığı minaları nəzərdə tutur
14.03.2022 Sahib Alıyev Tərəfindən

Polşanın ATƏT-dəki təmsilçisi Qarabağda hay "mədəni irsinin məhv edilməsindən narahatlıq" dilə gətirib.

Maraqlıdır, hayların Qarabağdakı "mədəni irsinin” məhvindən narahatçılıq keçirdiklərini bildirənlər hansı faktlara əsaslanırlar? Belə bir şey yoxdur axı.

Bəlkə, "mədəni irs" deyəndə hayların basdırdıqları minaları nəzərdə tuturlar, bizim onları tapıb zərərsizləşdirməmiz xoşlarına gəlmir?
Ukraynadan qaçıb ölkələrinə sığınanlara milli kimliyinə, saçının, gözünün rənginə və dininə görə fərq qoyanlar görünür, bizi özləriylə səhv salırlar.  İşğalçı Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı 67 məscidimizdən 65-ni tam məhv etməsinə baxmayaraq, Azərbaycan oradakı xristian abidələrinə həssaslıqla yanaşıb, yanaşır, yanaşacaq da. Həm də ona görə ki, onların çoxu albanlara aiddir, yəni hayların yox, bizim öz mədəni irsimizdir.

Bizi öz svilizasiyalarından saymayanlar yaxşı olar ki, bu gün Ukraynada bombardman edilən xəstəxanalara, yaşayış evlərinə və hətta kilsələrə baxıb Azərbaycan ordusunun 44 günlük savaş zamanı  necə davrandığını xatırlasınlar. Ermənistanın işğal etdiyi torpaqlarda daşı daş üstə qoymadığı, ikinci Qarabağ savaşında da xislətindən əl çəkmədiyi, cəbhədən uzaqdakı yaşayış məskənlərinə belə raket və artilleriya zərbəsi endirdiyi halda Azərbaycan ona qarşılıq vermədi. Hətta kimi dəstəkədiyini açıq şəkildə ortaya qoyan Fransa mediasında belə bizim mümkün qədər mülki obyektlərə zərər yetirməməyə çalışdığımız qeyd edilirdi. Amma həmən günlər məhz mülki infrastruktura, yaşayış evlərinə zərər vurmaq, camaat arasında təşviş yaratmaq üçün  təkcə Tərtərə 16227 mərmi yağdırılmış və 21 qadağan olunmuş raket atılmışdı.

millət vəkili Sahib Alıyev

Visiontv.az