Atanın mənə borcu var deyib, qarşılığında azyaşlı uşagına tecavüz etdi. Azərbaycanda şok hadisə
16.06.2019

Samux rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Mənsur Qasımovun (cinayət işi üzrə ad və soyadlar şərti verilib) məhkəmə prosesi başa çatıb.
Mənsur Qasımov 2015-ci ilin iyun ayının 7-də həmkəndlisi 2006-cı il təvəllüdlü Orxan Məhərrəmovun başqa bir oğlanla intim əlaqədə olmasını bilib.
Zorakılıq
O, həmin gün saat 18 radələrində Orxanın Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanları otardığını eşidib və həmin yerə gəlib.
Mənsur Qasımov orada Orxan Məhərrəmova zor tətbiq edib, onu yerə yıxdıqdan sonra əllərini saman kəndiri ilə bağlayıb.
Sonra o, Orxan Məhərrəmovu otlaq sahəsinin yaxınlığında "qarğılıq" adlanan yerə aparıb.
Seksual ittiham
Orada Mənsur Qasımov Orxan Məhərrəmovun köməksiz vəziyyətindən istifadə edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, daha sonra ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
Ertəsi gün Mənsur Qasımov Orxan Məhərrəmovla intim əlaqədə olmaq üçün yenə də həmin əraziyə gəlib. Zorakılıq göstərmək yolu ilə azyaşlı ilə yenidən qeyri-təbii yolla intim əlaqədə olub.
İstintaq orqanı tərəfindən Mənsur Qasımovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.
8 il 6 ay cəza
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mənsur Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.