22.011.2019
Axtar
Hadisə
alt

Astarada narkotacirlər tutulub

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkoticarətlə məşğul olan rayonun Şahağacı kənd sakinləri saxlanılıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumatda deyilir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kənd sakini Seyidağa Cabbarov saxlanılıb və onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. 

Davam edən əməliyyat-axtarış tədbirləri ilə S.Cabbarova narkotik vasitəni satan şəxsin onun həmkəndlisi, əvvəllər məhkum olunmuş Hacıbaba Ağayev olduğu müəyyən edilib və o saxlanılıb. H.Ağayevin üzərinə keçirilən axtarış zamanı bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağayevə narkotik vasitəni satan şəxs də müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astaranın Şahağacı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Emil Babayev olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 10 bükümdə narkotik vasitə olan heroin və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
 

Şərh