Təbiətə 9080 manat məbləğində ziyan dəydi
Visiontv.Az reporta istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyini aşkar edib. Araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.