Assosiasiya sədri Elvin Abbasov Mediasiya Şurasının rəhbərliyi ilə görüşüb
Assosiasiya sədri Elvin Abbasov Mediasiya Şurasının rəhbərliyi ilə görüşüb
17.09.2022 Elvin ABBASOV Tərəfindən

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb.

Bu barədə Nadir Adilov özü məlumat verib.

Nadir Adilov E.Abbasova İKT sahəsində olan mübahisələrin mediasiya yolu ilə həllində göstərdiyi təşəbbüsə görə təşəkkür edib. 

"Mediasiya Şurası olaraq rəqəmsal islahatların bir hissəsi olmağı qarşısına məqsəd qoyan bir qurum üçün Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası ilə əməkdaşlıq etmək böyük bir başlanğıcdır", deyə N.Adilov qeyd edib.

Visiontv.az