Asiya Futbol konfedrasiyasından İran komandasına qarşı qadağa
14.09.2024

Asiya Futbol Konfedrasiyasının xəbərdarlığından sonra Tehranın "Perspolis" komandasının formasından "Təxti Cəmşid" nişanı silinib.

Bu barədə idman medisası məlumat yayıb.

"Futbol komandalarının formalarında qəbul olunmuş adi dizaynlardan kənar əlavə elementlərin istifadəsi qadağandır",- AFK-nin "Pespolis" Klubuna yazdığı məktubunda bildirilib.

Bundan əvvəl Tehran komandasının oyunçularının formalarının üzərində "Təxti Cəmşid" loqosunun olması faşist və irqçilik  simvolu kimi dəyərləndirilib və bunun idmana zidd olduğu barədə paylaşımlar edilmişdi.

Məlumata görə, Asiya Futbol onfedrasiyası da həmin loqonun millətçilik məqsədilə istifadə edildiyinə görə "Perspolis" komandasına etiraz edib.

Qeyd edək ki, fars dilli qaynaqların iddialarına görə, "Təxti Cəmşid" eradan əvvəl Əhmənilər dövründə paytaxt olub.

Hazırda İranın Fars vilayətində olan bir sıra qalıqların həmin paytaxt şəhərə aid olduğu iddia edilsə də, bir çox alim və arxeoloqlar bu "tarixi qalıqlar"ın Pəhləvi hakimiyyətinin ilk illərində britaniyalılar tərəfindən qurulduğunu bildirirlər.

Onlar bunun məqsədli şəkildə və saxta fars-iranlı kimliyi formalaşdırmaq üçün həyata keçirildiyi qənaətindədirlər.

visiontv.az