Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi-DƏHŞƏTLİ QƏTL
22.11.2019

Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib, sonra ətçəkən maşından keçirib.

Türkiyənin Mersin şəhərində arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkoğlunun məhkəməsi olub.

“CNNTürk”ün xəbərinə görə, Mustafa Ərtürkoğlunun məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın gəlib.

Mustafa Ərtürkoğlu ifadəsində Cəmilə Ərtürkoğlunu evlilik ildönümü bəhanəsi ilə evə çağırıb, onun boğazını kəsdiyini, daha sonra parçaladığı cəsədin bir hissəsini ət maşınında çəkdiyini, qalan hissələrini isə şəhərin müəyyən yerlərində zibil yeşiklərinə atdığını soyuqqanlılıqla danışıb.

Məhkəmədə son sözü soruşulan Mustafa Ərtürkoğlu istintaq prossesinin həbs olunmadan aparılmasını istəyib.

Məhkəmə dekabrın 6-dək təxirə salınıb.