Arutyunyanın Rusiyaya gizli səfəri üzə çıxıb - erməni KİV
23.11.2020

Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla bağlı gizli məqamlar üzə çıxıb.

Visiontv.az xəbər verir ki, "news.am" saytının yaydığı məlumata görə, Arutyunyan Rusiyaya gizli səfər edib.

Məlumata görə, öz vəzifəsini itirməkdən qorxan A.Arutyunyan noyabrın 25-ə kimi Rusiyada görüşlər keçirəcək. 

Sayt yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təklifi ilə Arutyunyandan qurtulmağa və Samvel Babayanı onun yerinə gətirməyə qərar verib.

Anna Akopyan-Samvel Babayan cütlüyünə qarşı gücsüz olduğunu başa düşən Arutyunyan mümkün istefasının qarşısını almaq üçün Rusiyaya tələsib. Moskvadakı görüşlərində Araikin Rusiya ilə problemi olan Samvel Babayanın separatçılara rəhbər gətirilməsindən şikayətlənəcəyi, bunun ilk növbədə Moskva üçün pis olacağını bildirərək kömək istəyəcəyi ehtimal edilir.