Arutyunyanı Moskvadan geri göndərdilər
24.11.2020

Qarabağdakı separatçı-terrorçularının lideri Araik Arutyunyan Rusiyadan geri dönüb.

Visiontv.az xəbər verir ki, bu məlumatı “Mediaport” Teleqram kanalı yayıb. Onu gətirən təyyarə İrəvana 01:44-də eniş edib.

Məlumata görə, Arutyunyan noyabrın 25-nə qədər Moskvada qalmalı olsa da, onun Moskvada olması xəbərinin yayılmasından sonra separatçıların lideri səfərini yarımçıq dayandırmalı olub.

“Mediaport” Arutyunyanın Moskvaya “vəzifəsi”ni saxlamaq üçün getdiyini yazıb. Belə ki, Paşinyanın onu Anna Akopyanın lobbiçiliyi ilə istefaya göndərib yerinə Samvel Babayanı gətirməyi planlaşdırdığı bildirilib.

İctimaiyyətə açıqlanan daha bir fakt Arutyunyanın səfər zamanı onu müşayiət edən mühafizəçilərin Rusiya ilə sərhəddən buraxılmamasıdır.