AQTA qanunsuz heyvan kəsimi məntəqələri aşkarladı - SİYAHI
22.07.2021

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu ərazisində keçirdiyi növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub. Bu barədə  AQTA-dan məlumat verilib.

Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Vəli İnşallah oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 100A ünvanında yerləşən, fiziki şəxs Musayev Ramil Nail oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 104A ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.