Antalyada hoteldə YANĞIN - Turistlər təxliyə olundu
11.06.2019

Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyə edilib.

Antalyada hotellərin birində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın Kəmərdəki hoteldə qeydə alınıb.

Məlumata görə, yanğın hotelin SPA mərkəzində başlayıb. Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyə edilib.

Xəsarət alanın olmadığı bildirilir. Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil.