Ankarada Heydər Əliyevin xatirəsi yad olunacaq
08.05.2021

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universitetinin təşkilatçılığı ilə vebinar keçiriləcək. Vebinarda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdet Ünüvar və Altınbaş Universitetinin rektoru Çağrı Erhan çıxış edəcəklər.

Çıxışlar Ümummilli lider Heydər Əliyevin həyatı, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı istiqamətindəki tarixi fəaliyyətləri, həmçinin, Azərbaycan-Türkiyə əlaqələrində inkişafının təmin olunmasında müəyyən etdiyi strategiya və digər mövzulara həsr olunacaq.

Qeyd edək ki, vebinar may ayının 10-u, yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 14:00) başlanacaq.