Anar Eyvazovdan “Veteran adı” AÇIQLAMASI
17.01.2021

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılmış komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdim edilməsi səlahiyyəti verilməyib.

Visiontv.az-ın məlumatına görə, bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki,  vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər.