Ana qızının əri ilə münasibətə girib ailəsini dağıtdı - Azərbaycanda RƏZİLLİK
19.11.2019

Azərbaycanda qadın qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi 12 günlük körpəsini götürüb canlı yayıma çıxıb.

 

VisionTV.az-ın məlumatına görə, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Aliyə qeyri-rəsmi nikahda yaşadığı Elnur Əliyevi axtardığını söyləyib.

O, bildirib ki, biz onunla münasibətlərimiz fevral ayında başlayıb. 9 ay çəkdi: "Ailəsi də məni qəbul etdi. Çünki Elnur əvvəl ailə qurub ayrılıb. Mənim də ikinci evliliyim idi. İlk evliliyimiz 4 il çəkdi. Mən ilk evliliyimi uşağa görə bitirmişdim.
Elnurla evlilikdən 1 həftə sonra hamilə qaldım. Ondan sonra problemlər başladı. Ailəsi məni istəmədiyini söylədi. Atamla anam uşaqlıqdan boşanıb. Mənim bu vəziyyətə düşməyimdə anam günahkardır. Çünki onun anamla münasibətləri var. Mən hamilə olanda Elnur uşağı öldürmək istəyirdi. 4 aylıq hamilə olanda qarnıma vururdu ki, uşaq tələf olsun. 3 gün öncə də bıçaqla üzərimə hücum çəkdi. Heç atalıq da verməyib. İndi də Elnur deyir gə, barışaq. Mən barışmaq istəmirəm. Mən Elnuru evli olduğum zaman Sumqayıtda tanımışam. Elnur rəfiqəm vasitəsi ilə nömrəmi tapıb".(sonxəbər.az)


Ana qızının əri ilə münasibətə girib ailəsini dağıtdı - Azərbaycanda RƏZİLLİK