Ana dili əslində Ana Vətənin dilidir - professor Səlahaddin Xəlil
Ana dili əslində Ana Vətənin dilidir - professor Səlahaddin Xəlil
22.02.2021 Səlahəddin Xəlilov Tərəfindən

Vətənin sirli-sehrli dünyası insana bu dildə açılır...

Vətəni qorumaq - sadəcə torpağı deyil, həm də dili, ədəbiyyatı, milli mədəniyyəti, idealları qorumaqdır.

Ölkələri hərbi-siyasi, ıqtisadi və s. yolla fəth edəndə insanlar özü hələ fəth olunmamış qalırlar. Dilin hakimiyyəti isə daha güclüdür, çünki insanları da dəyişir, - mənimsəyir.

P.S.

Deyirlər ki, dili öyrənməyin ən rahat yolu onun mühitinə gırməkdir.

Amma unutma ki, sən dili mənimsəyənə qədər, o da səni mənimsəyir.

Xarici dili öyrənmək lazımdır, amma onun səni mənimsəməsinə gərək imkan verməyəsən. Hansı isə bir dilin hakimiyyətinə düşmək deyil, dilə hakim olmaq, - bu olmalıdır məqsəd.

London-Vaşinqton (ingilis dünyası) özünün bütün dünyaya hakimlik iddiasını tək diplomatiya, iqtisadi və hərbi güc vasitəsilə deyil, həm də və daha çox dərəcədə dillə, ingilis dilində dünyaya açılan daha böyük pəncərə ilə təmin edir.

Bizdə rus dilini ruslardan daha yaxşı bilənlər var idi. Amma bu bizim deyil, rus hakimiyyətinin göstəricisi idi... Səfəvilər dövründə azərbaycanlılar hakimiyyətdə olsalar da, dilin hakimiyyətinə nail ola bilmədilər. Və hakimiyyət hakim dil kimin idisə, onların əlinə keçdi. Taxtda oturanın genetik mənsubiyyətindən asılı olmadan. Hindistanda da milli varlıq və mənəviyyat ancaq o dərəcədə yaşaya bildi ki, Hind dili saxlandı. İngilis dili dövrəyə girəndən sonra,  əvvəlki mənəviyyatdan çox az şey qaldı.

Visiontv.az