Almatıda 28 May və Heydər Əliyevin yubileyi qeyd olundu
31.05.2023

Heydər Əliyevin 100 illiyi münasibəti ilə Türk dünyasında və Avropa ölkələrində tədbirlər davam edir.

Visiontv.az Modern.az-a istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Almatıda Heydər Əliyevin 100 illiyi və 28 may Azərbaycanın Respublika günü qeyd olunub.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı Səfiriyi, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasıının üzvləri, Almatıdakı Azərbaycan Qadınları  Şurası Assosiasiyası, Qazaxıstandakı diplomatik korpusların və beynəlxalq təşkilatların  nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində səslənən Azərbaycan və Qazaxıstan Respublikalarının himnini Qazaxıstan Dövlət “Səltənət” ansamblı ifa edib

Azərbaycanın Qazaxıstandakı fövqəladə və saləhiyyətli səfiri Ağalar Atamoğlanov 105 yaşlı müstəqil Azərbaycan Respublikası, onun yaranma tarixi və 100 illik yubileyi qeyd olunana Heydər Əliyevin  müstəqilliyimizin ilk illərində Qazaxıstana etdiyi səfərlər haqqında danışıb.

Tədbirdə çıxış edən Qazaxıstan Azərbaycanlıları Assoisiasiyasının sədri Əbülfəs Xanmədov, tədqiqatçı jurnalist Nasiha Kenjina Azərbaycanın Zəfərindən, Heydər Əliyevin qazax xalqına olan sevgisindən bəhs ediblər.

Azərbaycanın Qazaxıstandakı fövqəladə səfirliyi adından ictimai xadim, yazıçı Nasiha Kenjina və azərbaycanlı yazıçı Rövşən İsmayılov, digər azərbaycanlı və qazaxıstanlı ictimai xadimlər “Təşəkkür məktubu”  və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının  təsis etdiyi “Vətən” medalı ilə təltif olunublar.