Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Qarabağla əlaqədar “möhkəm həll” variantı...
Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Qarabağla əlaqədar “möhkəm həll”  variantı...
29.01.2021 Sahib Alıyev Tərəfindən

Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın Xarici İşlər naziri Hayko Maasın AŞPA-nın qış sessiyasında Qarabağda onun təbirincə desək, “möhkəm həll” variantının əldə edilməsində ölkəsinin də töhfə verməyə hazır olduğunu bildirməsi müsbət haldr. O baxımdan müsbət haldır ki, Almaniya Avropa dövlətləri içərisində Azərbaycanın torpaq bütünlüyü məsələsində həmişə beynəlxalq normalardan çıxış edib. Və cənab Maasın bunun ardınca “irəliləyiş hər iki ölkənin bir-birilə dialoqa hazır olduğu halda mümkündür” deməsi, kəşfiyyat məlumatlarına dayanaraq “böhran zonasında müəyyən qədər suriyalı döyüşçü”lərin qaldığını bildirməsi də özündə regiondakı reallığa obyektiv və qərəzsiz yanaşmanı əks etdirir.

Maasın dialoq çağırışının hədəfinin Ermənistan olduğu əslində heç kimə sirr deyil. Çünki məhz qarşı tərəf revanşizm haqqında düşünür, 10 noyabr bəyanatında yer alan bir sıra məsələlərin həllindən yayınmağa çalışır. Muzdlu döyüşçülərə gəldikdə isə hay terrorçusu Ozanyanın adını daşıyan quldur dəstəsinin PKK, PYD, YPG-lilərlə birgə  Suriyadan Qarabağa gətirildiyi faktlarla çoxdan təsdiqlənib,  aralarından  məhv edilənlərin bizdə sənədləri də var və görünür onların bir hissəsi hələ də orada qalmaqdadır ki, ötən günlər rusiyalı hərbçilərin keçirdikləri antiterror təlimləri də hardasa bunun təsdiqi sayıla bilər. Çünki Qarabağdakı hay quldur dəstələri və yandaşlarından başqa orada terror törədəcək kimsə yoxdur.

Millət Vəkili Sahib Alıyev

Visiontv.az