Almaniyada atışma olub, xəsarət alanlar var
21.06.2021

Almaniyanın paytaxtı Berlində atışma olub. Bu barədə “Bild” bildirib.

 

Məlumata görə, insident Veddinq rayonu yaxınlığında, Mitte dairəsində baş verib.

Qeyd edilir ki, atışma zamanı 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qaçaraq gizlənib.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Araşdırmalara başlanılıb.