Alman mediasında ölkəmiz haqda obyektivlikdən uzaq materiallar hardan qaynaqlanır?
Alman mediasında ölkəmiz haqda obyektivlikdən uzaq materiallar hardan qaynaqlanır?
11.11.2021 Sahib Alıyev Tərəfindən

Almaniya uzun illər qərb dövlətləri içərisində Azərbaycan topraqlarının işlağı faktına yanaşmda beynəlxalq normalara dayanaraq nisbətən obyektiv mövqe sərgiləməsiylə fərqlənirdi.

Və bu mövqe həmişə olmasa da, həmən ölkənin mediasının bizim regionla bağlı hazırladığı materiallarda da öz əskini tapırdı.

Əlbəttə, alman mediasında ölkəmiz haqda  obyektivlikdən və jurnalistika prinsiplərindən uzaq materiallar da olurdu ki, onların da bir çoxundan obrazlı desək, qaz iyi gəlirdi. Almaniyada bir sıra nəşrlərin səhmlərini başqa ölkənin oliqarxları satın aldıqlarından həmən qəzet və jurnallarda çeşidli məqsədlərlə, o sıradan da Azərbaycanla qərb arasında ziddiyyiyət yaratmaq üçün belə materiallar dövriyyəyə buraxılırdı. Ancaq onlar heç bir tərəfdə ictimai fikrə önəmli dərəcədə təsir edəcək gücdə deyildi.

İkinci Qarabağ savaşından sonra isə Almaniya mediasında ölkəmiz haqda obyektivlikdən uzaq, qərəzli, birtərəfli, alman dəqiqliyinin gözardı edildiyi çoxlu sayda məqalə, reportaj və verilişlərə rast gəlinir ki, bunun nədən qaynaqlandığını anlmaq elə də asan deyil.
Azərbaycan nə edib? Uzun illər yerinə yetirilməyən BMT qətnamələrini özü reallaşdıraraq beynəlxalaq hüququn daha 30 il ayaqlar altda qalıb tapdanmasına son qoyub. Budurmu Almaniyadakı bəlli çevrələri və o ölkənin mediasını qıcıqlandıran?

Heç təsadüfü deyil ki, bu məntiqdışı və qərəzli yanşma Almaniaydakı bir sıra ekspertlərdə belə narazılıq doğurur ki, onlardan da biri türkoloq Michael Reinhard Hessdir.

Cənab Hess elmlər doktorudur, regionu çox yaxşı bilir,  Qarabağla bağlı “Panzer im Paradies”,  „Karabakh from the 13th century to 1920“ adlı kitabların, çoxlu məqalələrin müəllifidir.

Mən onun "Nex24 News" saytında yeni bir məqaləsini oxudum. Müəllif yazır ki, noyabrın 7-də Qarabağa gəlməmişdən öncə Almaniyadakı bütün aparıcı nəşrlərə bura səfər edəcəyini  və onlar üçün regiondakı yeni vəziyyətlə bağlı  məqalə hazırlaya biləcəyini yazsa da, heç kimdən cavab gəlməyib. Niyə gəlməyib, yəqin onlara cənab Hessin özünə, alimliyinə hörmət edən bir ekspert kimi regionla bağlı ancaq doğruların yer aldığı məqaləsi lazım deyil. Onlar bu doğruların alman cəmiyyətinə çatmasını istəmirlər. Əvəzində almanlara ölkənin aparıcı nəşrlərindən biri olan “Süddeutschen Zeitung”da  türkofobluğuyla tanınan, nə məqsədlə yaradıldığı hazırlıqlı adamlar üçün sirr olmayan occrp-ə bağlı jurnalist Hannes Munzingerin qərəzli məqaləsini təqdim edilir.

Məqalədə Azərbaycanın yeni  500 manatlıq əskinasında guya savaşın, militarizimin təbliği  vurğulanır ki, bu, ilk növbədə peşəkarlıqdan çox-çox uzaq bir yanaşmadır. Görünür fobiya və qərəz olduqda peşə standartları tam unudulur.

Bilirsiniz, Hannes Muntsinger nəyi savaşın təbliği kimi qiymətləndirir? Əskinasın üzərində əsgər şəklinin olmasını və “Qarabağ Azərbaycandır” yazılmasını.

Nə qədər anormal bir yanaşma! Üzərində hərbçi şəkli olan onlarla əskinas göstərmək olar.  “Qarabağ Azərbaycandır”  sözünün savaşın təbliği kimi qiymətləndirilməsinə gəldikdə isə bu ona bənzəyir ki, daniyalıların, sintilərin, romalıların və  sorbların yaşadıqları Şlezviq-Qolştaynla Saksoniyanın Almaniyaya aid olduğunu deyirsən və onunla da guya savaşı təbliğ edirsən.

Yuxarıda da vurğuladığım kimi, son zamanlar alman mediasında bu qəbildən olan yanaşmalar həddən artıq çoxdur və mən onları bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm. Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvü olaraq istədiyim hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsidir ki, burada da medianın müsbət rolu ola bilər və olmalıdır. Ancaq çox təəssüf ki, qarşı tərəfdə  hələ bu görünmür. Ona görə də sözü gedən ölkənin mediasını qərəzdən qaçmağa, peşə standartlarına  alman dəqiqliyilə əməl etməyə səsləyirəm.

Doktor Michael Reinhard Hessə isə obyektivliyindən və bu problemi qaldırmasından dolayı öz təşəkkürümü bildirirəm.

https://nex24.news/2021/11/kommentar-der-unaufhaltsame-niedergang-der-deutschen-mainstreammedien/?fbclid=IwAR3tAguRBiPe8sdRG786koNZlB_QzJQql0bzS-KQFtZKmCSVNwalVlhIHIM

Millət vəkili Sahib Alıyev

Visiontv.az