Alimlərdən gələn növbəti xəbərdarlıq: It QRIPI gələ bilər!
01.04.2019

Cənubi Koreya Universitetinin alimləri 10 illik araşdırmalarımı yekunlaşdırıb. Nəticələr İngiltərədə keçiriləcək mikrobiologiya cəmiyyətinin konfransında elan ediləcək.

Visiontv.Az   medicina .az-a istinadən bildirir ki, 2000-ci ildən qrip virusunun bir bioloji formadan digərinə keçməsi, çevrilməsi halları aşkarlanıb.

 Belə ki, Daha çox H3N2 ştamlı quş qripi mutasiya olaraq, itləri də yoluxdura bilib və bu itlərdə yeni CİV ştamlı İt qripi adlı yeni növ   xəstəlik yaradıb.

Alimlərin araşdırmalarına görə son illər yayılmış donuz qripi itlərə də keçə bilir. Bu iki qrip - donuz və quş qripi itin orqanizmində birləşdikdə, yeni CİVmv adlı it qripi virusu yaranır. İnfeksiyalı heyvanla təmasdan bu qrip digər canlılara da yoluxur.

İt qripi insan üçün çox təhlükəlidir. Çox ölkələrdə itlərlə insanların bir evdə yaşadığını nəzərə alsaq, it qripi donuz qripindən daha süətlə yayılma ehtimalı var. Artıq araşdırmalara əsasən   müəyyən olunub ki, pişiklərə bu qrip keçərsə heyvan ölə bilir.

Qrip epidemiyasının yayılması baxımından yanaşsaq   itlər insanlar üçün təhlükə hesab olunmurdu indiyədək. Lakin bu təcrübələr insanların itlərlərə ehtiyatlı yanaşmasını tələb edir. Alimlər   hal-hazırda it qripindən qorunmaqçün vaksin üzərində işləyirlər.