Alimlərdən Elektron siqaret haqqında şok etiraflar-ARAŞDIRMA
26.04.2019

Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur

Araşdırmalara görə, elektron siqaret istifadəçiləri ürək-damar xəstəliklərindən və depressiyadan əziyyət çəkir

Harvard universitetinin alimləri bu qənaətə gəliblər ki,  elektron siqaretlər sağlamlığa ciddi zərər vura bilər. 

 Xarici mətbuata istinadla xəbər verilir ki, onlar 75 birdəfəlik siqaret və çəkmək üçün olan mayeləri test ediblər və nəticədə onların bir çoxunun tərkibində təhlükəli mikroorqanizmlər aşkar edilib.

 

Təhlil edilən məhsulların 81 faizində glükan (göbələk zəhəri) aşkar edilib. Bundan başqa, təhlillər zamanı antibiotiklərə müqavimətli olan endotoksin bakteriyalar da müəyyən edilib.

 Qənaətə gəlinib ki, aşkar edilən zərərli maddələr iltihaba, astmaya və ağciyərlərin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər.

Maraqlıdır ki, ən çox entodotksinlər meyvə ətirli siqaretlərdə aşkarlanıb.

Qlükan isə daha çox tütün və mentol tərkibli məhsullarda müəyyən edilib.

"Bununla yanaşı, kimyəvi maddələrlə nəfəs alan elektron siqaret istifadəçilərində bioloji çirklənmə də müşahidə edilə bilər" – deyə alimlər qeyd ediblər.

Xatırladaq ki, araşdırmaya görə, elektron siqaret istifadəçiləri  ürək-damar xəstəliklərindən və depressiyadan əziyyət çəkirlər və bu sınaqlar təsadüfi aparılmayıb./xezerxeber.az