Alimlər COVID-19-un bütün əsas ştamları üçün sprey yaradıblar
02.08.2021

Estoniyanın “Icosagen” şirkəninin alimləri “delta” da daxil olmaqla, koronavirusun bütün əsas ştamlarından qoruyan “BioBlock” burun spreyi yaradıblar. Məlumata görə, yeni preparatın sınaqları uğurla başa çatıb.

 

"Bu günə qədər aparılan laboratoriya araşdırmaları təsdiq etdi ki, hazırlanmış burun spreyi Ümumdünya Səhiyyə Təşkilatının narahatlığına səbəb olan koronavirusun bütün ştamlarından eyni dərəcədə yaxşı qoruyur", - şirkətin elmi direktoru Marta Ustava deyib.

Qeyd edilir ki, spreyin istehsalı Dərman Vasitələri Departamenti və Sağlamlıq Departamenti tərəfindən əlaqələndirilib, məhsulun texnologiyası patentləşdirilib.