Aliment məbləğinin aşağı həddi ilə bağlı təklif – RƏSMİ
18.04.2020

Məhkəmələr tərəfindən müəyyən aliment məbləğinin aşağı həddi uşaqlar üçün yaşayış minimumunun miqdarından az olmamalıdır.

Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2019-cu il üzrə məruzəsində təklif irəli sürülür.

Qeyd olunub ki, bu məqsədlə müvafiq qanunvericilik aktlarında əlavə və dəyişiklik olmalıdır.

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyənləşib.