Albaniyada zəlzələdə 3 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb
26.11.2019

Albaniyada 6,4 bal gücündə zəlzələ olub.

Visiontv.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Albaniyanın paytaxtı Tirananın yaxınlığında yerləşir. 

“Exit” xəbər portalı Durres şəhərinin yaxınlığında yerləşən bir neçə binanın dağıldığını yazır. Təkanlar paytaxt Tiranada da hiss olunub.

İtaliyanın “Sky TG24” telekanalı isə zəlzələnin İtaliyanın bir neçə cənub əyalətində də hiss edildiyini xəbər verir. Telekanalının məlumatına görə, Albaniyada xeyli insan dağıntılar altında qalıb.

Zəlzələ bu gün səhər saatlarında Albaniyanın Şicak şəhərinin 10 km şimal-qərbində, 10 km dərinlikdə baş verib. Zəlzələ maqnitudası 6.4 olub.