Alban-Udin Xristian dini icması Pasxa bayramı münasibətilə Xudavəngə səfər edib
05.05.2021

Alban-Udin Xristian dini icması növbəti dəfə Kəlbəcərə Xudavəng monastrına səfər edib. Səfərin məqsədi Pasxa bayramının qeyd edilməsidir.

Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, bu onların Xudavəng monastrına 5-ci səfəridir.

Qeyd edək ki, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.