Afaq Aslana evlilik təklif edən oğlanın BİABIRÇI SƏS YAZISI YAYILDI - VİDEO
23.09.2019

Efirdə Afaq Aslana evlilik təklif edən gəncin səs yazması yayılıb.

VisionTV.az big.az-a istinadən  xəbər verir ki, həmin gənc səs yazmasında efirə çıxacağını və müğənniyə evlilik təklif edəcəyini bildirib. O, "hamı məni tanıyacaq" - deyə, əlavə edib.

 

Xatırladaq ki, səs yazması yayılan gənc ARB TV-nin "Sayqa ilə" verilişində qonaq olan Afaq Aslana şok evlilik təklifi edilib.

Belə ki, studiyaya gələn gənc oğlan müğənninin qarşısında diz çökərək ona evlilik təklif edib. Müğənnidən "Yox" cavabı alan gənc efirdə huşunu itirərək yerə yıxılıb.

Görüntülər sosial şəbəkədə süürətlə yayılıb və izləyicilərin qınağına səbəb olub.

Həmin səs yazmasını təqdim edirik: