Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - VİDEO
28.08.2019

BMW "Mercedes"ə çırpıldı, "Galendewagen" son anda...

Aeroport yolunda baş verən dəhşətli qəza kameraya düşüb.

VisionTV.az metbuat.az-a istinadən xəbər verir ki, BMW markalı avtomobil hərəkətdə olarkən qəfil idarəetməni itirir.

Sürücü çalışsa da avtomobili saxlaya bilmir. Üçüncü zolaqdan sürüşərək ən son sol zolaqla hərəkətdə olan "Mercedes" markalı avtomobil ilə toqquşur.

Qarşıda hərəkətdə olan "Galendewagen" markalı avtomobil son anda qəzadan xilas olur.

Görüntüləri təqdim edirik: