“ADEX” sərgisi: Azərbaycan özünün hərbi sənayeyə malik olan ölkələrdən biri olduğunu bir daha təsdiq etdi
“ADEX” sərgisi: Azərbaycan özünün hərbi sənayeyə malik olan ölkələrdən biri olduğunu bir daha təsdiq etdi
07.09.2022 Hikmət Babaoğlu Tərəfindən

Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bir neçə cəhəti ilə xüsiusi əhəmiyyət kəsb edir.

Hər şeydən öncə qeyd tmək lazımdır ki, sərgidə nümayiş etdirdiyi məhsullarla Azərbaycan özünün hərbi sənayeyə malik olan ölkələrdən biri olduğunu bir daha təsdiq etmiş oldu. Hərbi sənaye olduqca gəlirli sahə hesab edilməsinə baxmayaraq belə məhsullara aid olan beynəlxalq ticarət konkret dövlətlər və onlara aid şirkətlərin bir növ inhisarında olan sahə hesab edilir. Çünki hərbi sənayenin yaradılması və istehsal edilən məhsulların bazarda rəqbətqabiliyyətli olmasının təmin edilməsi həddindən artıq böyük miqdarda kapital, ciddi intelelktual və yaradıcı keyfiyyətlərə sahib mühəndis və kadr potensialı tələb edir. Azərbaycan sonu illərdə uğurlu və rəqabətqabiliyyətli hərbi sənaye formaşaldırmağı bacarmaqla artıq bu bazara daxil ola bilib. IV Beynəlxalq Müdafiə “ADEX” sərgisində isə Azərbaycan 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahlarını nümayiş etdirdi. Ona görə də Azərbaycan pavliyonu dünyanın 30 dan çox ölkəsindən qatılan 200-dək şirkətin və bütün iştirakçıların diqqət mərkəzində oldu. Bu sərgi həm də Azərbaycanın hərbi sənaye üzrə tərəfdaşarı və ortaqlarıını uğuru hesab edilə bilər. Çünki Türkiyə, İsrail, Pakistan kimi ölkələrlə Azərbaycanın əməkdaşlığı həm dost ölkələrilə birlikdə müdafiə qabiliyyətimizin möhkəmlənməsinə xidmət edir həm də müdafiə sənayesi məhsulları kimi strateji bir bazarda iştirakçılıq payımızı artırır.

millət vəkili Hikmət Babaoğlu

visiontv.az