Acı sonluq-Sevgililərin zarafatı ölümlə bitdi
27.07.2019

Rusiyanın Kemerovo vilayətində sevgililərin zarafatı faciəyə səbəb olub. 
Oğlan qızı qucağında saxlaya bilməyib, dördüncü mərtəbədən aşağı buraxıb.

VisionTV.az   oxu24.com-a istinadən  xəbər verir ki, Mıski şəhərində dostların yığıncağı ölümlə başa çatıb. Spirtli içkinin təsiri altında olan cütlük eyvana çıxıb. Oğlan qızı əllərinin üstünə qaldırıb. Amma saxlaya bilməyərək aşağı buraxıb. Dördüncü mərtəbədən düşən qız yerindəcə keçinib.

Cütlük birlikdə yaşasa da, evli deyilmiş. Oğlana qarşı ehtiyatsızlıqla ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.