Abşeron Dairəvi dəmir yolu fəaliyyətini dayandırır - BU TARİXDƏN
05.06.2020

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlar fəaliyyətini müvəqqəti dayandırır.

Bu barədə Visintv.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, növbəti həftədən qatarların hərəkəti yenidən bərpa olunacaq:

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə - 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".