ABŞ “Yaşıl kart”la immiqrant qəbulunu dayandırdı - Tarixdə ilk dəfə
22.04.2020

ABŞ Prezidenti Donald Tramp gözlənilməz qərara imza atıb.

Visiontv.az NTV Türkiyə-yə istinadən xəbər verir ki, Tramp “Yaşıl Kart” (Green Card) vasitəsilə immiqrant qəbulunun 2 ay müddətinə dayandırılacağını açıqlayıb.

Ölkədə koronavirusa yoluxanların sayının 800 mini, ölənlərin sayının da 45 mini keçdiyi bir zamanda Tramp karantindən sonra öncəlik olaraq yerli əhalinin işlə təmin edilməsinə diqqət ayıracaqlarını bildirib.

“Amerika iqtisadiyyatı yenidən fəaliyyətə keçdikdə bu, önəmli bir məsələ olacaq. Amerikalıların yerinə immiqrantları çalışdırmaq səhv addım olar. Yerli əhali ilə bağlı vəziyyət düzəldikdən sonra immiqrantların qəbulu məsələsinə yenidən baxacağıq. Ehtiyac olarsa bu müddəti yenə də uzadacağıq”.

Qərar yalnız kənd təsərrüfatı sahəsindən məşğul olmaq istəyənlər və yüksək dərəcəli 85 min mütəxəssisə aid edilməyəcək. Onların “Yaşıl Kart”la qəbulu davam etdiriləcək.

Qeyd edək ki, ABŞ ilk dəfədir “Yaşıl Kart”ın fəaliyyətini dayandırıb. Daha öncə 1918-ci ildə İspaniya qripinin olduğu vaxtda belə bunu dayandırmamış və 110 min immiqrant qəbul etmişdi. Həmçinin, 2-ci dünya müharibəsi zamanı da 117 min nəfər ABŞ-a köçmüşdü.