ABŞ və İran arasında bundan sonra nə baş verə bilər? - Britaniya mətbuatı
04.01.2020

İran və ya ABŞ-ın hansı addımı atacaqlarını proqnozlaşdırmaq mümkün deyil. İran rəsmiləri qisas alacaqlarını vəd edib, amma zərbənin haradan gələcəyi bilinmir.

Visiontv.az dünya mətbuatına istinadən xəbər verir. ki, İranın bölgədəki dövlətlərdə əvvəllər onun göstərişlərini icra etməyə hazır olan tərəfdarları və müttəfiqləri var. ABŞ-ın İrana qonşu olan bir çox dövlətlərdə bazaları və hərbi qüvvələri var ki, onlar hədəfə çevrilə bilər. İran bunun əvəzinə Fars körfəzi və Hörmüz boğazına daşımaları və Səudiyyə Ərəbistanında neft istehsalını dayandırmaqla ABŞ-ın iqtisadi maraqlarına zərbə vurmağı da seçə bilər - əvvəllər hər iki taktikanı istifadə edib. Və ya, ən azından bir İran hərbi xadiminin təklif etdiyi kimi, ABŞ-ın müttəfiqi və İranın düşməni olan İsrailə zərbə vura  bilər.