ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək
ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək
01.10.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Minsk qrupunun həmsədrlərinin regiona səfəri çərçivəsində Azəbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilərlər. Prezident İlham Əliyev də Fransa telekanalına verdiyi müsahibədə belə bir görüşə etiraz etmədiyini qeyd etdi. Görünür, Azərbaycan öz şərtlərini qəbul etdrdiyinə görə həmsədrlərin regiona səfərinə etiraz etmir. Bu şərtlər əsasən, Ermənistan və Azərbaycan arasında mümkün sülh danışıqlarına töhəf vermək, Qarabağ məsələsini müzakirə etməməkdir.

Həmsədrlər iki ölkə arasında münasibətlərin qurulması istiqamətində vasitəçəlik edəcək. Amma, ABŞ və Fransa tərəfi bir müddətdən sonra "status" məsələsini gündəliyə gətirə bilər. Bu da növbəti dəfə iki ölkə arasında təmasların qrulmasının qarşısını alacaq. Minsk qrupu ilk öncə 10 noyabr Birgə Bəyannaməsinin yerinə yetirilməsinə çalışmalıdır. Əgər, bu baş verməsə, ümumiyyətlə, bu formatdan imtina etmək lazım gələcək.

Minsk qrupunun iki ölkə liderlərini bir araya gətirməsi mümkündür. Əgər, belə bir görüş təşkil olunacaqsa, prinsipcə Ermənistan tərəfi növbəti dəfə " status" məsələsinə  qayıda bilər. Ümumiyyətlə, Bakı-Moskva -Ankara formatı çərçivəsində bu proses gedərsə, uğurlu olar. ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək.

Qeyd edim ki, Türkiyə prezidenti R.T. Ərdoğanla Soçidə görüşdən sonra V.Putin N. Paşinyanı Moskvaya dəvət edib. Görünür, Zəngəzur  dəhlizi ilə bağlı danışıqlar olacaq. Belə bir format olduqda Minsk qrupunun yenidən dirçəlməsinə ehtiyac yox idi. Görünür, rəsmi Bakı Vaşinqtondan artan təzyiqləri neytrallaşdırmağa çalışır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az