Kanadanın baş naziri Justin Trudaeu`nun "Trump Kanadanı ABŞ-a birləşdirməkdə ciddidir" fikirlərinə təəccüb edirəm. Məgər Kanadanın baş naziri kimi Trudeu bilmirdi ki, 9.98 milyon kvadrat kilometrə yaxın ərazisi olan Kanadanın cəmi 40.1 milyon nəfər əhalisi var və bu qədər əhali həmin ərazi üçün çox azdır.
9.85 milyon kvadrat kilometr (demək olar ki, Kanada qədər) ərazisi olan ABŞ-nin isə 335 milyon nəfər əhalisi var və son illərə qədər aktiv miqrasiya (Green Card və sair) siyasəti yürütməklə əhali artımına nail olmuşdur. Kanada isə əksinə, miqrasiya siyasətini daraltmış və Kanada pasportu 2000-ci illərin əvvəllərində 500 min dollara çatmışdı. Kanada vətəndaşlığı ABŞ və Avropa ilə müqayisədə daha da çətin idi və guya elit miqrasiya həyata keçirirdilər. Elit miqrasiya siyasəti yoxsa ABŞ-nin burnunun dibində iqtisadi və siyasi gücü nəzarətdən çıxmayacaq şəkildə saxlanılan Kanada? ABŞ üçün bir Çin səhvi kifayətdir.
Məgər Kanada bilmirdi ki, Çin, Hindistan, ABŞ, Almaniya ilə müqayisədə ərazisinə görə daha böyük olan bir dövlət yüksək iqtisadi potensialına və dəfələrlə az əhalisi olmasına baxmayaraq niyə aktiv miqrasiya siyasəti yürütmədi?
Başqa bir misal. Ukraynanın əhalisi 1989-cu ildə 51.8 milyon nəfər, 2022-ci ilin əvvəlində (Rusiya-Ukrayna müharibəsi başlamazdan öncə) 37 milyon nəfərə qədər azalmışdı. Son 3 ildə isə təxmini hesablamalara görə əhali daha 7-8 milyon nəfər azalmışdır.
Grenlandiya. Cəmi 56 min nəfər əhali.
Rusiya. 17.1 milyon kvadrat kilometr ərazisi ilə statistikaya əsasən cəmi təxminən 146 milyon nəfər əhaliyə sahibdir. Rusiya-Ukrayna müharibəsi nəticəsində bu rəqəmin 140 milyondan da az olduğu qeyd olunur. Bu azmış kimi, Rusiya müxtəlif bəhanə və iddialarla MDB ölkələrindən olan miqrantlara hədə-qorxu gəlməyə davam edir. Amma bütün iqtisadi qanunlar, Rusiyanın dövlətçiliyi və gələcəyi əks siyasətin (immiqrasiya və əhali artımı, iqtisadi böyümə) vacibliyini göstərir. Apardığı siyasətin əslində Rusiyanı hara apardığı haqqında ortaya çıxan nəticələri təhlil etmədən bir söz demək qalır: "Gerisini Rusiya özü düşünsün".
P.S. ABŞ-nin miqrantlara qarşı siyasəti fərqlidir və əsasən Meksika, Kolumbiya və Latın Amerikası ölkələrindən gələnlərlə bağlıdır ki, bu da ölkədən milyardlarla dolların çıxmasına səbəb olan narkotik ticarəti əsas amillərdən biridir. Fərqli məsələlərdir...
Elman Sadiqov
visiontv.az