ABŞ Türkiyə əlaqələri yeni bir mərhələyə keçir
ABŞ Türkiyə əlaqələri yeni bir mərhələyə keçir
14.06.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ prezidenti C. Bayden və Türkiyə dövlət başçısı R.T. Ərdoğanın görüşü və əldə edilən razılaşmalar iki müttəfiq arasında son illərdə yaranan gərginliyin azaldılmasına gətirəcək.

İlk öncə C.Baydenin ABŞ beynəlxalq müstəviyə yenidən aktiv şəkildə qaytarması, Trampdan miras qalan Avropa müttəfiqləri ilə soyuq münasibətləri qaydaya salması, Yaxın Şərq, son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir geostrateji siyasət ortaya qoyan Türkiyə ilə əməkdaşlıq ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz buda Vaşinqtonun mövqelərini gücləndirməsinə gətirib çıxaracaq. C. Bsydenin Türkiyə ilə əlaqələri paralel olaraq Azərbaycanla münasibətlərə yeni dinamika verəcək.

Türkiyənin artıq müstəqil siyasət aparması, Rusiya ilə bir neçə regionda ortaq siyasəti, Vaşinqtonu ciddi narahat edir. Artıq C.Bayden Türkiyə ilə tərəfdaş olaraq yeni bir siyasi mərhələdə ortaq siyasət aparmağı planlayır. Bura Əfqanıstanda Ankaranın missiyasını artırmaq, Cənubi Qafqazda və Mərkəzi Asiyada, həmçinin Yaxın Şərqdə  Türkiyə ilə birgə hərəkət etməkdən ibarətdir.

Son illlərdə Türkiyənin NATO ilə əməkdaşlığıda yeni müstəviyə keçib. Qeyd edək ki, Türkiyə NATO -nun Avropada keçirdiyi hərbi təlimlərdə komandanlıq edərək, Alyansın döyüş aktivliyinin artırılmasına gətirib çıxarıb. Artıq Türkiyə NATO əlaqələri yüksək səviyyədə inkişaf edir. Bununla bərabər Ankara NATO müttəfiqləri və son illərdə aralarında ciddi böhran yaşadığı Fransa və Yunanıstanla münasibətləri qaydaya salır. Təbii ki, burada Vaşinqtonun da  müstəsna xidməti var. Vaşinqton NATO müttəfiqləri arasında daxili siyasi -hərbi gərginliyi sıfıra endirməklə bəynəlxalq müstəvidə Rusiya və Çinə qarşı yeni bir cəbhədə birləşdirir. ABŞ  təkbaşına və NATO daxilində yaşanan böhran fonunda Rusiya və Çinə qarşı mübarizə apara bilməz. Ona görə də NATO nun və regionun aparıcı ölkəsi Türkiyə ilə əlaqələri bərpa etmək məcburiyyətindədir.

C.Bayden və R.T. Ərdoğan görüşündə ciddi nəticələr əldə ediləcək.

Birinci, ABŞ Suriyada YPG terror təşkilatına müəyyən lojistik dəstəyi dayandıra bilər.

İkinci, F-35  və S-400 bağlı müəyyən razılaşmaya yaxın addımlar atıla bilər.

Üçüncü, Cənubi Qafqazda birgə hərəkət etmək. Bu, Azərbaycanın da mövqeyini gücləndirən amildir.

Dördüncü, Yaxın Şərqdə birgə hərəkət etməklə Rusiyanın mövqeyini zəiflətmək.

Beşinci, Ermənistanda siyasi vəziyyət və N. Paşinyanın seçilməsinə dəstək və bundan sonra bu ölkənin Qərbə inteqrasiyasın töhfə vermək.

ABŞ Türkiyə əməkdaşlıgı Ankara Moskva konfontrasiyaya gətirməyəcək. Hər iki lider əməkdaşlığı qoruyub saxlayacaq.Buna baxmayaraq  Rusiya və Türkiyə arasında problemler yaşanacaq.Məhz Rusiyadan Türkiyəyə aviareyslərin dayandırılması və bir müddətdən sonra kənd təsərrüfatı mallarına qadağa ilə nəticələnə bilər. Amma, hər iki tərəf problemləri dərinləşdirməyəcək.

Rusiyada burada maraqlı deyil

Dünyada yeni reallıq və siyasi nizam formalaşır. Burada Türkiyədə aktiv rol alır.

C. Bayden və R. T. Ərdoğan görüşməsi iki ölkə arasında buzları əridəcək..

Məhəmməd Əsədullazadə 

MCP sədrinin müavini

Visiontv.az