ABŞ hökuməti 2020 və 2024-cü ildə ABŞ-da keçirilən prezident seçkilərinə təsir və müdaxiləyə cəhd edən 6 iranlıya qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“İran hökumətinə bağlı agentlər ABŞ-nin seçki proseslərinə və institutlarına etimadı sarsıtmaq, siyasi kampaniyalara müdaxilə etmək üçün hakerlik və məlumatların ifşası əməliyyatları və məqsədyönlü fişinq hücumları kimi bir sıra zərərli kiber fəaliyyətlər həyata keçiriblər”,- məlumatda bildirilib.
Məlumata görə, SEPAH-ın Məsud Cəlili adlı üzvü bu hərbi təşkilatın digər üzvləri ilə birlikdə ən azı bu ilin may ayından etibarən İran hökumətinin ABŞ-dakı prezident seçkilərinə müdaxilə cəhdində iştirak edib.
ABŞ Maliyyə Nazirliyi öz bəyanatında ölkənin seçki namizədlərindən hansının məlumatlarının iranlı məmurlar tərəfindən oğurlandığı barədə açıqlama verməyib.
Bundan əvvəl yayılan məlumatlarda isə, iranlı hakerlərin Donald Trampın seçki kampaniyasına müdaxilə etdikləri bildirilib.
Tehranda Nəsrullahın ölümünə işarə edən banerlər asıldı- Hizbullah diridir, Nəsrullah isə...
İsrailin hərbi hava qüvvələri ötən gecə Hizbullahın Mərkəzi Komandanlığı Qərargahına hücumundan və Həsən Nəsrullahın həlak lması ilə bağlı təsdiqlənməmiş xəbərlərin yaylmasından sonra Tehranın müxtəlif bölgələrində onun fotosu olan banerlər asılıb.
Axar.az xəbər verir ki, banerlərdə "Hizbullah diridir" şüarı yazılıb.
Ekspertlərin və iranlı sosial media istifadəçiləri bunu Həsən Nəsrullahın həlak olmasına dair İran hökumətinin qeyri-rəsmi elanı kimi dəyərləndiriblər.
"Banerlərdə Hizbullah-ın diri olduğu yazılıb, Həsən Nəsrullah-ın yox. Bu isə Nəsrullahın ölümünün qeyri-rəsmi təsdiqi kimi dəyərləndirilə bilər",- paylaşımlar və rəylərdə qeyyd olunub.
visiontv.az