ABŞ Senatı impiçment prosesində Trampa bəraət verib
06.02.2020

ABŞ Senatı impiçment prosesindəki hər iki maddəyə görə prezident Donald Trampa bəraət verib.

Visiontv.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, beləliklə, Ağ Evin rəhbəri ittiham edilməyəcək və hakimiyyətdən uzaqlaşdırılmayacaq.

Senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə təqsirli bilmədilər. Bununla da Trampın impiçment prosesi bitmiş hesab edilib.