ABŞ, Rusiya və Fransanı birləşdirən əsas amillərdən biri də, 100 ildən sonra Qafqaza qayıtmış Türkiyə faktorudur
ABŞ, Rusiya və Fransanı birləşdirən əsas amillərdən biri də, 100 ildən sonra Qafqaza qayıtmış Türkiyə faktorudur
13.07.2021 Nəsib Məhəməliyev Tərəfindən

ABŞ, Rusiya və Fransa səfirlərinin Susaya təşkil olunan səfərə getməməsi neçə gündür ciddi müzakirə obyektinə çevrilib. Fərqli fikirlər səsləndirilir. Bu ölkələrə qarşı sərt siyasi, diplomatik addımların atılması, onların boykot edilməsi və sair təkliflər bildirilir.

Bu məsələnin daha çox müzakirəyə səbəb olmasına digər bir səbəbə isə hər 3 ölkənin ATƏT-in Minsk qrupunun üzvüləri olmasıdır. Mütəxəssislərin fikrincə bu ölkələrin səfirlərinin Şuşa ilə bağlı atdığı addımlar təxribat xarakterlidir və Minsk qrupu üzvilərinin fəailiyyətinə sığmır, yaraşmır. Ona görə Azərbaycan adekvat addım ataraq Minsk qrupundan imtina etməlidir. Bu məsələlərə münasibət bildirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev əməkdaşımıza verdiyi müsafibədə bildirdi ki, Minsk qrupunun üzvü olan həmsədr ölkələrinin səfirlərinin Şuşa səfərindən imtina etmələri acı təəssüf doğurur və onların 30 il ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı apardıqları siyasətin mahiyyətini göstərir: “Hiss olunur ki, uzun illər ərzində himayə etdikləri ermənilərin işğalda saxladıqları ərazilərdə törətdikləri vəhşilikləri, eyni zamanda Azərbaycan dövlətinin apardığı tikinti-quruculuq işlərini görmək onlar üçün ağırdır. Hər üç ölkənin bölgədə öz siyasi maraqları mövcuddur və onları birləşdirən əsas amillərdən biri də, 100 ildən sonra Qafqaza qayıtmış, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malik Türkiyə faktorudur. Onlar müharibədən sonra yaranmış yeni reallıqlarla barışmaq istəmir və regionda uzun müddətli gərginliyin saxlanılmasında maraqlı olduqlarını gizlətmirlər”.

-ABŞ, Rusiya və Fransa səfirlərinin bu addımına qarşı Azərbaycan tərəfi hansı diplomatik tədbirlər görə bilər?

- Cavab tədbirləri kimi, düşünürəm ki, həmin səfirliklərlə münasibətlərdə müəyyən məhdudiyyətlər tətbiq etmək olar. Bunun üçün kifayət qədər üsullar var və düşünürəm ki, hökumətimiz ölçülü-biçili adekvat tədbirlər görəcəkdir. Bu məsələdə cəmiyyətin kəskin münasibət bildirməsi alqışlanmalıdır. Beynəlxalq birlik birdəfəlik anlamalıdır ki, Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi, ümummilli məsələlərdə yumruq kimi birləşməyi bacarır və Qarabağ mövzusu hər birimiz üçün həssas mövzudur.

-Minsk qrupundan bir başa imtina mümkündürmü?

3. Minsk qrupundan birdəfəlik imtina etmək mümkündür. Ancaq düşünürəm ki, bu müəyyən problemlər yarada bilər. Siyasətdə emosianallıq yol verilməzdir. Səbr və təmkinlə davranmaq lazımdır. Ermənistan 30 il danışıqların imitasiyası ilə məşğul olmuşdur. Bundan sonra da imitasiya mümkündür. Zaman Azərbaycanın xeyirinə işləyir.

İlahə Əliyeva

Visiontv.az