ABŞ reaktiv yaylım atəş sistemi "HIMARS" Ukraynaya çatdırıldı - Reznikov
ABŞ reaktiv yaylım atəş sistemi "HIMARS" Ukraynaya çatdırıldı - Reznikov
23.06.2022 MEDİA Tərəfindən

Ukraynanın müdafiə naziri  Reznikov iyunun 23-də Tvitter hesabında yazıb ki, Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemləri Ukraynaya çatdırılıb.

"HIMARS" artıq Ukraynaya gəlib. Bu güclü hərbi sistemə görə amerikalı həmkarım və dostum Lloyd Ostinə təşəkkür edirəm! Yay rus işğalçıları üçün isti keçəcək. Bəziləri üçün isə sonuncu", - o yazıb.
Reznikov Ukraynanın neçə belə sistem aldığını dəqiqləşdirməyib. Pentaqon dörd belə reaktiv yaylım atəş sistemi təhvil verildiyini açıqlayıb.

Aytən. Əlizadə

visiontv.az