ABŞ İrəvandakı səfirliyi üzərindən bütün gücü ilə Nikolun iqtidarda qalmasına çalışır - Elbəy Həsənli
ABŞ İrəvandakı səfirliyi üzərindən  bütün gücü ilə Nikolun iqtidarda qalmasına çalışır - Elbəy Həsənli
07.12.2020 Elbəyi Həsənli Tərəfindən

Erməni mənbələri deyir ki, hazırda Dağlıq Qarabağda 70 min erməni var.

Bəllidir ki, müharibə ilə bağlı Qarabağ ermənilərinin əksəriyyəti oranı tərk etmişdi. Yalnız Rusiya sülhməramlıları əraziyə daxil olduqdan sonra ermənilər yenidən geri dönməyə başladılar. Bu işdə Rusiya xüsusi fəallıq nümayiş etdirir...

Maraqlıdır ki, Paşinyanın devrilməsi üçün Qarabağ ermənilərinin İrəvandakı mitinqlərdə iştirakı vacibdir. Rusiya da yaxşı bilir ki, Paşinyanın istefasını əsasən Qarabağ erməniləri tələb edirlər. Yəni, Qarabağ ermənilərinin İrəvanda olması Rusiyaya lazımdır, çünki Paşinyanın istefasına nail olmaq istəyir. Digər tərəfdən də Qarabağ ermənilərinin geriyə dönməsi də Rusiyanın maraq dairəsindədir...
Bəzən belə şeylər olur. Bir dövlətin bir məsələdə iki fərqli marağı ortaya çıxır. Belə görünür ki, Rusiya ermənilərin Qarabağa dönüşünə  xüsusi önəm verməklə Paşinyanın istefasını tələb edənlərin sayının azalmasına xidmət edib...
Britaniya mətbuatı yazır ki, İrəvandakı mitinqdə 20 min adam iştirak edib. Almaniya mətbuatı isə mitinq iştirakçılarının sayının 15 min nəfər olduğunu vurğulayır.

İstənilən halda, 15-20 min nəfərlik nümayişlə Nikol Paşinyanın istefasına nail olmaq mümkün deyil. Onu da unutmaq olmaz ki, ABŞ İrəvandakı səfirliyi üzərindən  bütün gücü ilə Nikolun iqtidarda qalmasına çalışır.

Azərbaycan olaraq bizim üçün də Nikol Paşinyanın iqtidarda qalması daha məqbuldur...

Visiontv.az