Donald Tramp İrana qarşı sanksiyaları da əhatə edən "milli fövqəladə vəziyyəti" daha bir il uzadıb.
Bununla bağlı Ağ ev məlumat yayıb.
Bu addım ərzaq və dərman da daxil olmaqla bütün Amerika mallarının İrana ixracını qadağan edib.
Bu, ABŞ-ın 1979-cu ilin noyabrında tətbiq etdiyi sanksiyaların davam etdirilməsini nəzərdə tutur.
Qeyd edilir ki, bu addım İrandakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün yaratdığı fövqəladə təhlükə ilə mübarizə zərurəti ilə bağlıdır.
visiontv.az