ABŞ Ermənistana 25 milyon dollar yardım ayıracaq
22.04.2020

Birləşmiş Ştatlar COVID-19-a qarşı mübarizə aparmaq məqsədi ilə Ermənistana 25 mln. dollar ayıracaq.

Visiontv.az xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb. 

Amerika Erməni Milli Komitəsi bəyanat yayıb ki, Raffi Amparyan (komitə sədri) ABŞ-ın dövlət katibi Maykl Pompeodan İrəvana yardım üçün 25 milyon ABŞ dolları ayrılmasını istəyib. 

Rəsmi Vaşinqton artıq Ermənistana bu istiqamətdə 1,7 mln. ABŞ dolları ayırıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1 473, ölənlərin sayı isə 24 nəfər təşkil edir.