ABŞ Dövlət katibi Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb
21.09.2020

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb.

Visiontv.az-ın xəbərinə görə, bu barədə M. Pompeo Ermənistanın müstəqillik günü münasibətilə təbrikində bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə ABŞ Dövlət katibi qeyd edib.