ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var
22.04.2019

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-ın Texas ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Llano dairəsinin şerif ofisinin məlumatına görə, xilasetmə xidmətinə təyayrənin qəzaya uğraması ilə bağlı zəng 14:27-də daxil olub. Qəza "Şirli Uilyams" aeroportunda baş verib.

Hadisə yerində Texas ştatının İctimai Təhlükəsizlik İdarəsinin (DPS) əməkdaşları işləyir.

xezerxeber.az