ABŞ-ın Alyaska ştatının Betel şəhəri yaxınlığında kiçik həcmli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Visiontv.az-ın məlumatına görə, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, “Yute Air” aviaşirkətinə məxsus təyyarə Betel şəhərindən Kipnuk məntəqəsinə uçurmuş.
Təyyarədə bir pilot, dörd sərnişin olub. Onların hamısı qəzada ölüb.
Qəzanın səbəbləri araşdırılır.