ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb
04.04.2020

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

Visiontv.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib. 

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib. 

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.