ABŞ-da şist nefti bazarı yalnız neft qiymətləri ilə idarə olunur - BP rəhbəri
26.02.2019

ABŞ-da şist nefti bazarı yalnız neft qiymətləri ilə idarə olunur - BP rəhbəri

"ABŞ-ın sürətlə böyüyən neft hasilatı bazarı yalnız qiymətlərə reaksiya verə bilir".

Visiontv.Az "Report"a istinadən bildirir ki, bunu Londonda keçirilən "IP Week" neft-qaz konfransında BP şirkətinin baş direktoru Bob Dadli deyib.

BP rəhbəri neft hasilatını bazardakı tələbata görə tənzimləyən Səudiyyə Ərəbistanı və Rusiyadan fərqli olaraq, ABŞ-da şist nefti bazarının yalnız neft qiymətləri ilə idarə olunduğunu dilə gətirib.

Qeyd edək ki, fevralın 8-15-də ABŞ-da gündəlik neft hasilatı 100 min barel artaraq rekord həddə - 12 milyon barelə çatıb. Eyni zamanda ölkədəki neft ehtiyatları ardıcıl beş həftədir artım göstərərək cəmi 3,7 milyon barel artıb.