ABŞ-da Putinə bənzəyən oyuncaq - FOTO
21.01.2021

ABŞ-da hərbi oyuncaqların kolleksiya satışında ixtisaslaşan “EKIA Hobbies” müştərilərə Rusiya Prezidenti Vladimir Putinə bənzəyən xüsusi təyinatlı əsgər fiqurunu almağı təklif edir.

Visiontv.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Fiqur “Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları” seriyasında istehsal olunur. 165 dollar dəyərində olan oyuncağa həmçinin AKS-74 avtomatı, qumbaralar, reaktiv odsaçan və digər aksessuarlar daxildir.

Qeyd edək ki, xüsusi təyinatlıların heykəlciyinin satıldığı veb saytında Rusiya prezidentinin adından bəhs edilmir.