5.06.2020
Axtar
Dünya
alt

ABŞ-da döyüş təyyarəsi düşdü - Eyni bazada ikinci qəza

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35A” təyyarəsi Florida ştatında qəzaya uğrayıb.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, təyyarə Eqlin Hərbi Hava Qüvvələri Bazasına eniş edərkən yerə çırpılıb.

Təyyarənin pilotu qəzadan öncə tullanıb və sağ qala bilib.

Qeyd edək ki, eyni bazada ötən həftə “F-22” təyyarəsi də qəzaya uğramışdı. Hər iki qəza ilə bağlı araşdırma aparılır.

Şərh